Azərbaycanda qaz abunəçilərinin sayı 1,6 milyonu ötüb

Azərbaycanın qaz operatorunun abunəçilərinin sayı 1 685 000 milyon olub.

Bu barədə Trend-ə ARDNŞ-nin «Azəriqaz» İB-dən məlumat verilib.

Aprelin 1-nə olan məlumata görə, qaz abunəçilərinin ümumi sayından təxminən 713 mini paytaxtın, qalan hissəsi isə ölkə regionlarının payına düşür.

İB qeyd edir ki, hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faizdir.