Aktyor: «Sürücünün döyülməyinə mane olmağa çalışdım...»- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Aktyor: «Sürücünün döyülməyinə mane olmağa çalışdım...»

-

Aktyor İlqar Cahangir Nəqliyyat Departamentinin əməkdaşlarının təhqirinə məruz qaldığını deyir.

Aktyorun sözlərinə görə, aprelin 9-da təxminən 11 radələrində Bakı Beynəlxalq Avtovağzalında bir nəfər şəxsə qarşı kobudluq edildiyini görüb:

«Gördüm bir vətəndaşa qarşı çox kobudluq edilir. Hücum olunur, sənədləri əlindən alınır. Mən də dedim niyə belə edirsiz, bu cür olmaz. Bunu telefonla çəkdim. Həmin vaxt mənim telefonumu alıb, kartı çıxartdılar. Dedim kimsiniz, sənədinizi verin. Məni təhqir etməyə, hədə-qorxu gəlməyə başladılar. Özlərini Nəqliyyat Departamentinin işçiləri kimi təqdim etdilər, sənəd göstərmədilər».

Sizin brauzer HTML5-i dəstəkləmir

Aktyor İlqar Cahangir təhqir olunduğunu deyir


İlqar Cahangir Nəqliyyat Departamentinə şikayət edəcəyini bildirib.

Nəqliyyat Departamentindən AzadlıqRadiosuna hadisədən məlumatsız olduqlarını deyiblər.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nümayəndəsi Əmrah Cəfərovsa deyir ki, hüquq alidir və vətəndaşın problemi qanun çərçivəsində öz həllini tapacaq.