BVF Ermənistanda 18% işsizlik gözləyir

İşsizlik karikaturası

BVF –nun dünya iqtisadiyyatının vəziyyəti haqda yeni hesabatına görə, MDB ölkələrində iqtisadi artım 2014-cü ildə az olacaq. Baxmayaraq ki, istehlak artır, investisiyalar azdır, siyasi gərginlik və iqtisadi siyasətylərdə qeyri-müəyyənlik var.

MDB-nin Avropa hissəsindəki iqtisadiyyatlarda artım 2014-cü ildə zəif olacaq.
Rusiya iqtisadiyatında bu il artım 1,3 faiz gözlənilir. Ukraynada isə artım yalnız ilin sonuna bərpa oluna bilər. MDB-də inflyasiya bu il orta hesabla 6 faiz olmalıdır.

BVF Azərbaycanda bu il 5 faiz, gələn il 4,6 faiz iqtisadi artım gözləyir. Bu, regionda Qazaxıstandan, Özbəkistandan və Türkmənistandan azdır.

Azərbaycanda qiymət artımı bu il 3,5 faiz olmalıdır. Bu da regionda ən aşağı qiymət artımıdır.

İşsizlik Azərbaycanda 6 faiz səviyyəsində qiymətləndirilir.

MDB-də ən yüksək işsizlik Ermənistandadır: Keçən il bu, 18,5 faiz idi, bu il 18 faiz gözlənilir.