Turchynov deyir ki, Ukraynaya qarşı əməliyyatının ikinci mərhələsi başlandı

Turchynov

Ukrayna prezidenti vəzifəsini icra edən Turchynov deyib ki, aprelin 6-da “Rusiyanın Ukraynaya qarşı xüsusi əməliyyatının ikinci mərhələsi başlandı. Məqsəd ölkədə sabitliyi pozmaqdır”.

O deyib ki, Rusiyanın kəşfiyyat xidmətlərinin əlaqələndirdiyi separtaçı qruplar Xarkovda, Donetskdə, Luhanskda yerli hakimiyyət binalarını və təhlükəsizlik xidmətinin qərargahını tutublar və “ən təhlükəlisi odur ki, onlar silah ələ keçiriblər”.