Michael Jackson-dan yeni albom

Michael Jackson, 2005

Dünyaca məşhur Amerika müğənnisi Michael Jackson-un ifalarından ibarət yeni albom mayda satışa çıxarılacaq.

Pop ulduz bir neçə il əvvəl vəfat etsə də, onun indiyəcən yayınlanmamış 8 mahnısının da daxil olduğu yeni diski buraxılır.

“Xscape” albomu haqda məlumat müğənninin adına Twitter-də yaradılmış hesabdan yayılıb.

Məlumatda deyilir ki, Muchael Jackson-un yaxınları onun arxivini araşdırmaq imkanı yaradandan sonra oradan indiyəcən musiqi aləminə məlum olmayan ifalar çıxıb.