Quba qətliamı yad edilib-[Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Quba qətliamı yad edilib

-
Martın 31-də yüzlərlə insan “Quba Soyqırımı Memorial Kompleksi” adlanan məzarlığı ziyarət edib.

Ziyarətçilərə məlumat verilib ki, kütləvi məzarlıqda 1918-ci ildə daşnak və bolşeviklərin vəhşicəsinə qətlə yetirdiyi azərbaycanlılar dəfn olunub. Məzarlıqda indiyədək 400 insan qalığı tapılıb. Bu qalıqlar 2007-ci ildə – Quba stadionu inşa edilərkən üzə çıxarılıb. Ərazidə aşkar edilən iki kanal insan sümükləriylə doludur. Beləcə, 96 il əvvəl Qubada qətliam törədilməsi sübutunu tapır. Sözügedən qətliamda 17 minədək insan öldürülüb və 22 kənd başdan-ayağa yandırılıb.