Polşa Avropanı Rusiya qazından asılılığı azaltmağa çağırır

Donald Tusk

-
Polşa hökuməti Avropa Birliyi ölkələrinin Rusiya enerjidaşıyıcılarından asılılığını azaltmaq üçün Avropa Enerji İttifaqı layihəsini təqdim edib.

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, indiki vəziyyətdə Avropa Birliyi ölkələri enerjidaşıyıcıların idxalı ilə bağlı vahid siyasət yürütmək imkanlarına baxmalıdır.

«Qaz böhranı ilə bağlı təhlükəni nəzərə alaraq daha effektiv həmrəylik mexanizmləri yaradılmalıdır»- deyə baş nazir bildirib.

Polşa hökuməti həmçinin Avropadaxili enerji mübadiləsi sistemi üçün xərcləri artırmağı, bu sahəyə əlavə investisiyalar ayırmağı, ABŞ-dan qaz idxal etməyi və kömür sənayesini yenidən dirçəltməyi təklif edib.

Enerji ittifaqı ilə bağlı Polşanın planı yaxın vaxtlarda Brüsselə təqdim olunacaq.