Ermənistan ordusu atəşkəs rejimini yenə də pozub

Foto arxiv

Ermənistan ordusu dünən və ötən gecə Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri, habelə Tovuz rayonu ərazisindəki adsız yüksəkliklər və Əlibəyli kəndi istiqamətindəki mövqelərini atəşə tutublar.

Həmçinin Azərbaycan ordusunun Fizulu, Horadiz və Ağdam rayonları istiqamətindəki mövqeləri atəşə tutulub.

Azərbaycan müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.