Ukrayna ABŞ-la hərbi təlimlər keçirməyi planlaşdırır

Alexander Turchynov

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turchynov parlamentə ABŞ-la birgə hərbi təlimlər keçirilməsini təsdiqləməyə çağırıb.O bildirib ki, Ukraynanın silahlı qüvvələri bu ilin yayında ABŞ-la 2 təlim məşqi keçirməyi planlaşdırır.

Prezident həmçinin NATO-nun üzvü olan Polşa ilə hərbi manevrlər keçirilməsi, habelə Moldova və Rumınya ilə quru əməliyyatlarına icazə verilməsini istəyib.

Qeyd edək ki, Rusiya silahlı qüvvələrinin baş qərargahı bundan əvvəl Krımdakı 193 hərbi obyektin hamısının Rusiyanın nəzarətinə keçdiyini bəyan edib.