"Klassiklər" seriyasından yeni kitab

-

İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı "Klassiklər" seriyasında çap edildi.

"Qanun" və "Əli və Nino" nəşriyyatlarının yenidən çap etdiyi bu roman onilliklər əvvəl çap ediləndə də birmənalı qarşılanmamışdı.

İndi də belədir.

Hər bir oxucu baş qəhrəman Cahandar ağanın hərəkətlərinə öz dünyagörüşünə uyğun qiymət verir.

Kimin üçünsə o, mərd adamdır, kimin üçünsə qəddar.

Xüsusən də Cahandar ağanın öz bacısını öldürməsinə münasibətdə fikirlər haçalanır.

Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.