Krım rubla keçir

Foto arxiv

Rusiya rublu Krımda qanuni pul vahidi oldu.“Krım Bank” ın sədri Nikolai Barilyuk bazar ertəsi bəyan edib ki, indən belə Krımda rubl və ya Ukraynanın pul vahidi qrivna ilə ödəniş etmək olar.

O qeyd edib ki, 2016-cı il yanvarın 1-dək hər iki pul vahidindən paralel istifadə olunacaq.Bundan sonra isə vahid pul vahidi rub olacaq.

Barilyuk həmçinin qeyd edib ki, Moskva Krımda maliyyə sabitliyini saxlamaq üçün yaxın vaxtlarda Krıma 1 milyard rubl vəsait verəcək.