Bayram günlərində Azərbaycanda yol qəzalarında 15 nəfər ölüb

Foto arxiv

Bayram günlərində Azərbaycanda 67 yol-nəqliyyat hadisəsi qeydə alınıb.Bu barədə ANS PRESS Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə istinadla xəbər verir.

Bayram günlərində baş verən yol qəzalarında ümumilikdə 15 nəfər ölüb, 91 nəfər isə yaralanıb.Bu qəzaların 20-si paytaxt Bakıda qeydə alınıb.