A. Lukashenka: «Krım Rusiyanın bir parçasıdır»

Alyaksandr Lukashenka

-
Belarus prezidenti Alexander Lukashenka Minskdə jurnalistlərlə görüşdə bəyan edib ki, Krım bu gün Rusiyanın bir parçasıdır və bu faktı tanıyıb- tanımamaq reallığı dəyişməyəcək.
Lukashenka onu da deyib ki, hazırda heç kim Belarusdan Krımın hüquqi tanınmasını istəmir.
Belarus prezidenti hesab edir ki, Ukraynanın hazırki hömuməti Krımın itirilməsinə gətirib çıxaran xeyli səhvə yol verib, məsələn, belə səhvlərdən biri dil məsələsidir.

Lukashenka qeyd edib ki, Minsk seçki nəticəsində Ukrayna xalqının dəstəkləyəcəyi hökumətlə əlaqələr qurmaq niyyətindədir.