300 min avroluq mükafatı avstriyalı yazar qazandı

-

2014-cü ilin İbsen Mükafatını tanınmış Avstriya dramaturqu, ssenaristi, yazıçısı Peter Handke qazandı.

Onun fəlsəfi meditasiyaları Vim Vendersin məşhur "Berlin üzərində səma" filminin əsasını təşkil edir.

Handke müasir alman ədəbiyyatında ən mühüm fiqurlardandır. 1942-ci il doğumlu yazara ilk məşhurluğu onun "Arılar" romanı gətirib.

1965-ci ildə bu ilk romanının nəşriyyatda çap üçün münasib bilindiyini öyrənən Handke ali məktəbi atmış və yazarlıqla daha cidd məşğul olmağa başlamışdı.

İbsen Mükafatını 2007-ci ildə Norveç dövləti təsis edib. Ən böyük teatr ödülüdür.

Dəyəri 300 min avrodur.