“Chelsi” “Galatasaray”ı 2:0 hesabı ilə məğlub edib

Martın 18-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində İstanbulun “Galatasaray” klubu Londonda “Chelsi” ilə qarşılaşıb.

“Chelsi” “Galatasaray”ı 2:0 hesabı ilə məğlub edib. İstanbulda keçirilmiş ilk qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün “Galatasaray” turniri tərk edib.

“Real” isə “Shalke” yə 3:1 hesabı ilə qalib gəlib. (İlk oyun 6:1)