Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya nota göndərib

Ukraynanın Xarici İşlər Nazirliyi Krımın Rusiyaya birləşdirilməsinə etiraz olaraq Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Vorobyova nota təqdim edib.

Bəyanatda bildirilir ki, Ukrayna Rusiyanın hərəkətlərini, Ukraynanın bir hissəsinin zorla özünə birləşdirməsini işğalçılıq aktı kimi qiymətləndirir.