Ukrayna Krımın müstəqilliyi və Rusiyaya birləşməsini tanımır

Alexander Turchynov

Ukrayna Krım Muxtar Respublikası və Sevastopolun Rusiyaya birləşməsi, o cümlədən Krımın müstəqilliyini elan etməsini tanımır.

Bunu Ukraynanın Xarici İşlər Nazirliyi bəyan edib.Nazirlik bildirir ki, Moskvanın çərşənbə axşamı Krımın Rusiyaya daxil edilməsi barədə müqavilə imzalaması demokratiya və beynəlxalq qanunlara ziddir.