Adil Mirseyid yeni kitabında «Amor fati» deyir

Adil Mirseyid

-
«Rəssamlığında şair, şairliyində rəssam» olan Adil Mirseyidin yeni şeirlər kitabı çapdan çıxıb.

«Amor fati» (latıncadan çevirəndə qəzavü-qədər anlamına gəlir – S.İ.) adlanan bu yeni nəşr barədə AzadlıqRadiosuna müəllifin özü xəbər verib.

Kitabda şairin həm əvvəllər, həm də son illərdə yazdığı şeirləri və 4 essesi toplanıb.

Adil Mirseyidin bundan öncəki şeir kitabı – «Ay süvarisi» 2011-ci ildə çapdan çıxmışdı.

Son kitabın – «Amor fati»nin təqdimatı sabah – martın 19-da saat 14-də «Atatürk Mərkəzi»ndə olacaq.

Kitab «Atatürk Mərkəzi»nin təşəbbüsüylə nəşr edilib.

Son illər serozdan əziyyət çəkən şair-rəssam dərmanların pulunu ödəmək üçün 2 dəfə çəkdiyi rəsmlərin satış-sərgisini keçirməyə məcbur qalıb.