SOCAR-ın 5 milyard dollarlıq layihəsinə pul ayrılmayacaq

-
Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı Türkiyənin qərbində - İzmirin Əliağa regionunda emal zavoduna 5.5 milyard dollar ayırmaq planlarını dayandırıblar. Səbəb layihəyə dair fikir ayrılıqlarıdır.

AYİB (EBRD) layihənin maliyyələşdirilməsinin dayandırılması planını saytında yerləşdirib.

Həmin emal zavodu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR Türkiyə) layihəsidir. Layihə ilə bağlı 2 problem vurğulanırdı: 1. SOCAR yeni zavodun qiymətləndirilməsini aparmayıb; 2. Neftayırma zavodunun yerləşdiyi ərazi geotermal mənbələrin işlənməsi üçün daha öncədən razılıq alınıb və iş məhkəməyə verilib.

Beynəlxalq QHT-lər layihənin maliyyələşdirilməməsi üçün kampaniya aparırdılar. Həmin layihənin ətraf mühitə ziyan vuracağı bildirilirdi.

SOCAR Türkiyə şirkəti İzmirin Əliağa bölgəsində liman, İES, neftayırma zavodunun tikintisi, mövcud neft-kimya kompleksinin modernləşdirilməsi üçün 5 milyard dollardan çox investisiya yatırmağa hazırlaşırdı.