Putin Krımı “müstəqil dövlət” kimi tanıdı

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqda” fərman imzalayıb.

Fərmanda deyilir:

“Krım xalqlarının 2014-cü il martın 16-da keçirilmiş ümumkrım referendumunda ifadə etdikləri iradəni nəzərə alaraq Krım Respublikası - Sevastopol onun tərkibində xüsusi statusa malikdir – suveren və müstəqil dövlət kimi tanınsın”.

Putin həm də çərşənbə axşamı Federasiya Şurasına müraciət edəcək ki, Krım Rusiya Federasiyasının tərkibinə qəbul edilsin.

ABŞ, Avropa Birliyi referendumu qanunsuz adlandırıb.