Krımın baş naziri: Referendum baş tutub

Krım

-
«Krımda keçirilən referendumu baş tutmuş saymaq olar»- bunu İnterfax-a Krımın baş naziri Sergey Aksenov deyib.
Aksenov deyib ki, «bu referendumda yarımadanın taleyi – Krımın Ukraynanın, yoxsa Rusiyanın tərkibində qalacağı məəsləsi həll olunur».
Referendumda səsvermə üçün 1 milyon 550 min bülleten hazırlanıb.
Referendumun keçirilməsi üzrə Respublika Komissiyasından Krıminform agentliyinə verilən məlumata görə, seçkidə seçicilərin 54 faiz təşkil edib.