Krımda referendum keçirilir

Sevastopolda seçki məntəqəsi

-
Krımda bu gün keçiriləcək referendumla bağlı seçki məntəqələri açılıb.
Referenduma iki sual çıxarılır: «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinəsinizmi?” və «Krım Konstitusiyasının 1992-ci il redaksiyasına qaytarılmasını istəyirsinizmi?».
Dünən BMT Təhlükəsizlik Şurasının 13 üzvü Krımda keçirilən referendum və onun nəticələrini tanımamağa çağıran qətnamə layihəsinin lehinə səs verib.
Rusiya qətnaməyə veto qoyub, Çin səsvermədə bitərəf qalıb.