Moskvada Ukrayna ilə müharibə əleyhinə mitinq keçirilib [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Martın 15-də Moskvada Rusiyanın Ukrayna ilə bağlı atdığı addımlara etiraz olaraq «Sülh marşı» adlı anti-hərb aksiyası keçirilib.

Hakimiyyətlə razılaşdırılan aksiyada Rusiya və Ukraynadan olan ictimai xadimlər Krıma qoşun yeritdiyinə görə Putin-i tənqid ediblər. Əllərində Ukrayna və Rusiya bayraqlarını tutan aksiyaçılar «Müharibəyə yox!», «Yaşasın Ukrayna!», «Yaşasın Rusiya!» şüarları səsləndiriblər.

Çıxışçılardan biri bu sözləri deyib:

«Ölkədə imperialist isterika geri dönür. Təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çox hissəsini də buna cəlb ediblər. Ola bilsin, biz azlıqdayıq, bizi xəyanətdə ittiham edirlər, bizi «5-ci kolon» adlandırırlar. Vətənpərvərlik bəlkə televiziyada hakimiyyətin dediklərinə inanmaqdır? Yox. Vətənpərvərlik azlıqda olmaq və Ukraynaya təcavüzə qarşı səsini qaldırmaqdır. Bura yığışanlar «müharibəyə yox!» deməyə gəliblər. Bu hakimiyyət özü-üzünə ölüm hökmünü imzalayıb. Biz Kremldəki anti-Ukrayna, anti-Rusiya siyasətinə qalib gələcəyik...».

Rusiyanın başqa şəhərlərində də «Müharibəyə yox!» şüarı altında «Sülh marşı»na dəstək aksiyaları keçirilib.