Toya gedən maşın karvanı körpüdə partladıldı, azı 15 nəfər həlak oldu

Sizin brauzer HTML5-i dəstəkləmir

Martın 14-də İraqın qərbində Ravah rayonunda intiharçı toya gedən maşın karvanını əsas körpünün üstündə partladıb. Hadisədə azı 15 nəfər həlak olub. İlin əvvəlindən sünni yaraqlılar bu əyalətdə bəzi yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər. Ordu aylardır onlarla mübarizə aparır.