Krım tatarlarının lideri Brüsseldə NATO rəsmiləri ilə görüşür

Krım tatarlarının lideri Mustafa Jemilov cümə günü Brüsseldə NATO-nun baş katibinin müavini Alexander Vershbow ilə görüşür. NATO-dan bildirirlər ki, görüş iştirakçıları danışıqlardan sonra media ilə görüşməyəcəklər.

Bu həftənin əvvəlində Mustafa Jemilov Putinlə görüşmüşdü. O, Krımdakı referendumu qanunsuz adlandırır və krım tatarlarının bu referendumu boykot edəcəyini deyir.