-
AzadlıqRadiosunun arxivindən - bu fotoları Famil Mahmudbəyli və Əhməd Muxtarı 2014-cü ildə erməni qüvvələri ilə təmas xəttinin müxtəlif istiqamətlərində çəkiblər.
Cəbhə xəttində, əks mövqedən 1 km aralıda yaşayan insanların həyatı paytaxt Bakıdan necə görünür? Bəlkə də hər gün ölümlə üz-üzə duran vətəndaşların gündəlik məişəti necədir?
Qarabağ uşaqları - I hissə
Az qala, 20 ildir atəşkəs var, amma sərhəd kəndlərindən güllə səsləri kəsilmir. Qulaqlar atəş səslərinə öyrəşib. Yağmurlar, küləklər həyət-bacalardakı atışma izlərini silə bilmir. Paytaxtda «sülh, yoxsa savaş» dilemması dartışılarkən, müharibənin gerçək üzünü görmüş insanlar nəyi seçir?
Qarabağ uşaqları - II hissə
Avropa Birliyinin maliyyələşdirdiyi layihə CMI (Crisis Management Initiative) beynəlxalq təşkilatının dəstəyi ilə həyata keçirilib.
«Sülhün təsviri»: Atəşkəs bölgəsindən atəşli fotolar