Əsgər hərbçi yoldaşına atəş açıb


Azərbaycanda əsgər hərbçi yoldaşına atəş açıb. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib.

Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, hadisənin necə baş verməsi araşdırmalardan sonra bəlli olacaq.