Bakı Metropoliteninin qarşısında etiraz aksiyasına cəhd olunub

Foto arxiv

Metro stansiyalarında ticarətlə məşğul olan sahibkarlar martın 12-də yenidən Bakı Metropoliteninin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.Amma polis aksiyanın qarşısını alıb.

Metropoliten rəhbərliyi bundan əvvəl sahibkarlarla görüşdə bildirilib ki, martın 27-dən metro stansiyalarındakı köşklərin sökülməsinə başlanacaq, həmin müddətədək isə onlardan icarə haqqı alınmayacaq.

Qərarla razılaşmayan sahibkarlar isə yolu bağlamağa cəhd göstəriblər. Amma polis buna imkan verməyib.