Ukraynanın müvəqqəti prezidenti Milli Qvardiya yaratmağa çağırıb

Oleksander Turchynov

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turchynov Milli Qvardiya yaratmağa, ehtiyat qüvvələr və könüllüləri səfərbər etməyə çağırıb.O həmçinin ölkəni daxili və xarici təcavüzdən qorumaq üçün parlamenti daxili qoşunların Milli Qvardiyaya daxil edilməsi barədə qərar qəbul etməyə çağırıb.

Baş nazir Arseniy Yatsenyuk isə bu arada bildirib ki, Ukrayna 1994-cü il razılaşması ilə Sovet dövünə aid nüvə silahından imtina edib və burda Qərb ölkələrinin Ukraynanın suverenliyini qoruması nəzərdə tutulur.