“Azərbaycan hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırdır”

-
Azərbaycan hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırdır. Sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə deyib.

Elmar Məmmədyarov deyib ki, Ermənistan tərəfinin konstruktiv yanaşmasının olmaması münaqişənin həllinə, sülh prosesinin irəliləməsinə və regionda sülh və sabitliyin bərpa olunmasına mane olur.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin saytı yayıb.