İlham Əliyev amerikalı lobbiçilərlə görüşüb

-
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da APCO-nun Global Political Strategies şirkətinin sədri, ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Richardson-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bill Richardson ABŞ-ın keçmiş enerji naziri olub.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf tarixindən danışılıb. İkitərəfli əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xəbəri Azərtac yayıb.

Global Political Strategies biznesləri, hökumətləri və qeyri-hökumət təşkilatlarını dəstəkləyir. APCO-nun rəsmi saytinda bildirilir ki, şirkətin məqsədi daim dəyişən geosiyasi, qlobal iqtisadi və bazar imkanlarını idarə etməkdir.