Əfqanıstanda 3 günlük matəmdir

Foto arxiv

Əfqanıstanda vəfat edən vitse-prezident Muhammad Qasim Fahimlə vida mərasimi keçirilir.Onun ölümünə görə ölkədə 3 gün matəm elan edib.

Milliyətcə tacik olan 57 yaşlı Fahim Əfqanıstanda Taliban rejimi ilə mübarizədə Qərbin əsas müttəfiqi hesab edilirdi.

Əfqanıstan hökuməti Fahimin öz əcəli ilə öldüyünü bildirir.