Bakıda avtobus qəzası

illüstrasiya fotosu

-
Martın 9-da səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu yol kənarındakı işıq dirəklərinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, qəza nəticəsində "Daewoo” markalı sərnişin avtobusunun sürücüsü sıxılmış vəziyyətdə qalıb.
Nazirliyin xilasediciləri sürücü avtobusdan çıxarıblar. Yaralanmış şəxs xəstəxanaya aparılıb.
Avtobusun nömrəsi və hadisə zamanı içərisində sərnişin olub-olmaması barədə detallı məlumat verilməyib.