Rusiyada Paralimpiya oyunları başlayır

-
Cümə günü Rusiyanın Soçi kurort şəhərində Paralimpiya oyunları start götürür. Bu mərasim Rusiyanın Krıma müdaxiləsindən sonra baş tutur.

ABŞ-dan nümayəndə heyəti daxil olmaqla əksər xarici qonaqlar tədbirə qatılmaqdan imtina edib. Rusiya prezidenti Ukraynaya görə Paralimpiyanın boykot edilməsini “ədəbsizliyin yüksək dərəcəsi” adlandırıb.

Ancaq iştirakçılardan oyunlardan çıxmaq üçün birgə hərəkət sezilmir. Ukrayna komandasının da yarışı boykot edib-etməyəcəyi də bəlli deyil. Cümə axşamı 31 nəfərdən ibarət komanda Olimpiya kəndində, mavi-sarı rəngli bayraq altında milli himni oxuyub.