Qazaxıstanda evlərindən köçürülən sakinlər aksiya keçirib

Qazaxıstanın paytaxtı Astanada evlərindən çıxarılmaq təhlükəsi ilə üzləşmiş sakinlər etiraz aksiyası keçirib.

Şəhərdəki binalardan birini yeni sahibkar alandan sonra məhkəmə sakinlərin çıxarılması barədə qərar qəbul edib.Martın 6-da aksiya keçirən sakinlər məhkəmənin həmin qərarının ləğv olunmasını tələb ediblər.Polis aksiyada bir neçə ananı uşaqları ilə birlikdə saxlayıb.

Onları qanunsuz aksiyada iştiraka görə cərimə gözləyir.