Daha bir universitetə yeni rektor təyin olunub

-
Martın 6-da prezidentin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Elxan Hüseynov 2002-2010-cü illərdə Azərbaycanın Türkmənistandakı səfiri olub.

2013-cü ilin dekabrdan Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Yeni təyinata qədər rektorun səlahiyyətlərini icra edib.