Bakıda «Silahların əfsanəsi» başlayır…

-
Martın 15-də Heydər Əliyev Mərkəzində «Silahların əfsanəsi» sərgisinin açılış mərasimi keçiriləcək.

Mərkəzin yaydığı xəbərə görə, sərgidə Avropanın 16-18-ci əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcək.

İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq.

Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası -- Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir.

«Silahların əfsanəsi»nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.

Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib.

San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.