Kiyev rayon məhkəməsi Krım səlahiyyətliləri barədə həbs qərarı çıxarıb

arxiv foto

-
Kiyev rayon məhkəməsi Krım hökumətinin başçısı Sergey Aksenov və muxtar respublika Ali Sovetinin sədri Vladimir Konstantinov-un həbs olunması haqqında qərar çıxarıb.

Bu barədə Ukrayna baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hər iki şəxs konstitusiyanı pozmaqda, hakimiyyəti zor gücünə ələ keçirməkdə ittiham olunur.

Fevralın sonunda Ukrayna prezidenti Viktor Yanukovych hakimiyyətdən devrilib. Bundan sonra Krımda yeni hakimiyyəti tanımaqdan imtina olunub. Vladimir Konstantinovun rəhbərliyi altında Krım parlamenti muxtar respublika hökumətini istefaya göndərib və “Vahid Rusiyaının lideri Sergey Aksenov hökumətin başçısı təyin edilib.

Kiyev Krımın yeni hakimiyyətini ligitim saymır.

Baş nazir olandan sonra Sergey Aksenov regiondan sülhün qorunması üçün Rusiya prezidentinə müraciət edib.

Bu müraciətdən sonra martın 1-də Rusiya Federasiya Şurası Rusiya hərbi kontingentinin Ukrayna ərazisinə daxil olmasına razılıq verib.