Müsavat Partiyası AXCP-nin qərargahdan çıxarılmasını pislədi

-
Müsavat Partiyası AXCP-nin yerləşdiyi binanın sökülməsi və partiyanın qərargahdan çıxarılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda baş verənlərin AXCP-yə qarşı repressiyaların davamı olduğunu, siyasi partiyaların fəaliyyətinə mane olmaq üçün həyata keçirildiyini bildirilir.

Müsavat qanunsuz addımlara son qoyulmasını, AXCP-nin normal fəaliyyətinə imkan verilməsini, partlayış nəticəsində mülkiyyətçiyə və icarəçiyə dəyən zərərin ödənilməsini, partlayışı törədənlərin müəyyənləşdirilərək qanun qarşısında məsuliyyətə cəlb edilməsini tələb edir.