ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb

Alexis Chahtahtinsky

-
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, fransız diplomat Alexis Chahtahtinsky vəzifəsinin icrasına başlayıb.

O, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə fevralın 14-də təyin olunub.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb.

Avropa təhlükəsizliyi üzrə 20 ildən çox təcrübəyə malik diplomat Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində işləyib.

O, ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına görə, 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.