AXCP qərargahının zirzəmisində partlayış olub- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

AXCP qərargahının zirzəmisində partlayış olub

-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib. Bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov AzadlıqRadiosuna məlumat verib.

O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb.

“Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib.

O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzadlıqRadiosunun əməkdaşı hadisə yerindədir, gün ərzində bu barədə video və foto reportajlarımızı izləyə biləcəksiz.