Yerevan aprelin ortalarınadək Gömrük İttifaqına hazır olacaq

-
Ermənistan bir neçə həftəyə Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmağa hazır olacaq. Ermənistanın xarici işlər nazirinin müavini Shavarsh Kocharian şənbə günü bildirib ki, ölkəsi aprelin ortalarınadək Gömrük İttifaqına qoşulmaq üçün bütün tapşırıqları yerinə yetirəcək. Belarus və Qazaxıstan da bu ittifaqın üzvüdürlər.
Kocharian-ın sözlərinə görə, Gömrük İttifaqı razılaşmasını Rusiya, Belarus və Qazaxıstan təsdiqləyəndən sonra Ermənistan parlamenti onu müzakirəyə çıxaracaq.
Ermənistan ötən sentyabrda Gömrük İttifaqına qoşulmaq niyyətini bəyan edib. Noyabrda isə Avropa Birliyi ilə Assosiasiya Sazişi üzrə danışıqlara başlamamağa qərar verib.
Müxalifət liderlərindən biri, keçmiş prezident Levon Ter-Petrosian da erməniləri bu ittifaqa üzvlüyü qəbul etməyə səsləyib.