6 rayonda 5 gün su problemi olacaq

-
Martın 1-dən 5-ə dək Bakının 6 rayonunda (Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə «Azərsu» Açıq Səhmdar Cəmiyyət məlumat yayıb.

Cəmiyyət məhdudiyyətin Kür-Bakı su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə bağlı olduğunu bildirir.

Məlumatda qeyd olunur ki, bu rayonlara içməli suyun verilməsi səhər və axşam olmaqla rejimlə keçiriləcək.