Azərbaycan və Avropa Birliyi arasında readmissiya haqqında saziş imzalanıb

Fevralın 28-də Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb.

APA-nın Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfdən sazişə Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İsgəndərov imza atıb.

Tərəflər ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Bu sənəd readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək. Readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.