BDU tələbəsi Ofelya Allahverdiyeva sərbəst buraxılıb

-
Fevralın 24-də səhər saatlarında polisə çağrılan BDU-nun tələbəsi Ofelya Allahverdiyeva sərbəst buraxılıb.
AzadlıqRadiosunun Bakının Nəsimi rayon polis idarəsinin qarşısında olan əməkdaşı xəbər verir ki, Ofelya Allahverdiyeva 6-7-di saat polis idarəsində saxlanıb. O, sərbəst buraxılandan sonra heç bir açıqlama verməyib.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Nəsimi rayon polis idarəsindən də Ofelya Allahverdiyevanın polisə niyə çağrılması ilə bağlı məlumat verilməyib.
Ofelya Allahverdiyeva BDU-nun fəlsəfə fakültəsinin 1-ci kurs tələbəsidir. O, bir neçə gün öncə keçirilən tələbə aksiyalarının fəal iştikarçısı olub. Tələbələr akademik borcların ödənişli olmasına etiraz edirlər.