İran və Britaniya diplomatik əlaqələri bərpa edib

İran və Britaniya diplomatik münasibətləri bərpa edib.

Bu münasibətlər 2011-ci ildə Tehranda Britaniya səfirliyinə hücumdan sonra kəsilmişdi.

Həmin hücumu sərt xətt tərəfdarları etmişdi.

Müşahidəçilərin fikrincə, Hassan Rohani İranın yeni prezidenti olandan bəri Britaniya ilə İranın münasibətləri yaxşılaşır.