Paytaxtın Kiyevdən Xarkova keçirilməsini təklif edir

Mikhaylo Dobkin

-
Xarkov vilayətinin rəhbəri Mikhaylo Dobkin Ukrayna paytaxtının Kiyevdən Xarkova keçirilməsini, Avromaydana qarşı isə qəti tədbirlər görülməsini təklif edib. Onun fikrincə Avromaydandakı yaraqlıları tərksilah, müqavimət göstərənləri isə məhv etmək lazımdır.

Mətbuata verdiyi açıqlamada Dobkin bildirir ki, Kiyev Ukraynanın paytaxtı funksiyasını yerinə yetirə bilmir və əmindir ki, gün ərzində etirazçılar Parlamentin binasını da ələ keçirəcəklər. Ona görə də paytaxtın Xarkova keçirilməsini və bütün ölkə üzrə elan olunan “antiterror” əməliyyatlarına buradan rəhbərlik etmək lazımdır.

Rusiya isə sərhəddə yerləşən Xarkov vilayətində Rusiyapərəst ovqat ölkənin şərq regionları ilə müqayisədə güclüdür, bu vilayət prezident Yanukovychin tərəfində olan əsas regionlardan biridir.