Ermənistanda Ramil Səfərovun öldürdüyü erməni zabitinin anım mərasimi keçirilib

Ermənistanda yüksək rütbəli zabitlərin iştirakı ilə azərbaycanlı zabit Ramil Səfərovun öldürdüyü erm’ni zabiti Gurgen Markariani anım mərasimi keçirilib.

10 il əvvəl Budapeştdə NATO-nun təlimlərində olarkən aralarında yaranan mübahisədən sonra Ramil Səfərov erməni zabiti öldürüb.

Macarıstanda ömürlük azadlıqdan məhrum olunan Ramil Səfərov bir neçə il sonra Azərbaycana verilib, Bakıya çatan kimi prezidentin əvf fərmanı ilə azad olunub.