Ziya Bünyadov prospekti birtərəfli bağlanıb

-
Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səbəb prospektin yenidən qurulması çərçivəsində ərazi su xəttinin yerdəyişməsidir. Bununla əlaqədar olaraq Əliyar Əliyev küçəsinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinin kəsişməsinə qədər yol bağlanıb.

Qeyd olunan yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlanacaq. Sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən «20 Yanvar» metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq.