ABŞ: "Misir Putinlik deyil"

Abdel Fattah al-Sisi

Amerika Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf Rusiya prezidenti Vladimir Putinin Misir ordusunun komandanı Abdel Fattah el-Sisi-nin prezidentliyə iddiasını dəstəkləməsinə münasibət bildirib:

"Bu, prezident Putinə aidiyyatı olan iş deyil. Bu, Birləşmiş Ştatlara da aidiyyatı olan iş deyil. Bu, Misirdən kənarda heç kəsin işi deyil ki, ölkənin gələcək prezidenti filankəs olsun - desin.

Bu, Misir xalqının görəcəyi işdir. Bizim mövqeyimiz həmişə belə olub və onun fikrinə də münasibətimiz belədir".

Sisi bu həftə Moskvaya səfər edib.